"Çelsi" İngiltərə Liqa Kubokunun finalına çıxıb

"Çelsi" İngiltərə Liqa Kubokunun finalına çıxıb Bakı. 25 yanvar. REPORT.AZ/ Londonun Çelsi klubu futbol üzrə İngiltərə Liqa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.
Futbol
25 Yanvar , 2019 06:55
Çelsi İngiltərə Liqa Kubokunun finalına çıxıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə Liqa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.

“Report” xəbər verir ki, yarımfinal mərhələsinin Londonun "Stemford Bric"stadionunda keçirilən cavab qarşılaşmasında "zadəganlar" "Tottenhem Hotspur"u qəbul ediblər.

Görüşün əsas hissəsi 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Penalti seriyalarında isə "Çelsi" qonaq komandadan daha dəqiq oynayıb.

Yanvarın 8-də "Tottenhem"in meydanında keçirilən ilk qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Çelsi" finalda "Mançester Siti" ilə qarşılaşacaq, "Tottenhem" isə turniri tərk edib.

İngiltərə Liqa Kuboku. 1/2 final

"Çelsi" – "Tottenhem Hotspur" - 2:1 (penaltilər seriyası: 4:2)

Qollar: 1:0 – Kante – 27, 2:0 – Azar – 38, 2:1 – Lyorente – 50

Son xəbərlər

Orphus sistemi