“Çelsi” İngiltərə kubokunun 1/32 finalına çıxıb, "Tottenhem" "Midlsbro"ya qalib gələ bilməyib

“Çelsi” İngiltərə kubokunun 1/32 finalına çıxıb, "Tottenhem" "Midlsbro"ya qalib gələ bilməyib İngiltərə kubokunun 1/32 final matçında “Çelsi” “Nottinqem Forest”i qəbul edib.
Futbol
5 Yanvar , 2020 20:01
“Çelsi” İngiltərə kubokunun 1/32 finalına çıxıb, Tottenhem Midlsbroya qalib gələ bilməyib

İngiltərə kubokunun 1/32 final matçında “Çelsi” “Nottinqem Forest”i qəbul edib.

“Report” xəbər verir ki, qarşılaşma Londondakı “Stemford Bric” stadionunda baş tutub və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Meydan sahibləri artıq birinci hissədə özlərinin üstünlüyünü təmin ediblər. Qarşılaşmanın 6-cı dəqiqəsində Kallum Hadson-Odoi fərqlənib. Bir qədər sonra yarımmüdafiəçi Ross Barkli meydan sahiblərinin hesabdakı üstünlüyünü ikiqat artırıb. Azarkeşlər matçda daha qol görməyiblər

Bu oyunla paralel keçən matçda “Midlsbro” "Tottenhem Hotspur"u qəbul edib. Komandalar qalibi müəyyənləşdirə bilməyiblər. Bu səbəbdən qalib növbəti oyunda müəyyələşəcək. 

Son xəbərlər

Orphus sistemi