"Çelsi" gənc qapıçı ilə müqavilə imzaladı

"Çelsi" gənc qapıçı ilə müqavilə imzaladı "Berton Albion"un 17 yaşlı qapıçısı Teddi Şerman-Lou "Çelsi"yə keçib.
Futbol
6 Sentyabr , 2020 21:40
Çelsi gənc qapıçı ilə müqavilə imzaladı
Teddi Şerman-Lou

"Berton Albion"un 17 yaşlı qapıçı Teddi Şerman-Louelsi" keçib.

“Report”un məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilir.

Transferin şərtləri açıqlanmır. Qeyd edilir ki, qapıçı növbəti mövsümdə icarə əsasında "Berton Albion"da çıxış edəcək.

"Bu heyranedicidir, hər şey belə sürətli oldu. "Berton" mənə çox şey verdi, amma indi ümid edirəm ki, "Çelsi"nin heyətində inkişaf edə biləcəm. Mən belə böyük kluba qoşulmağa çox şadam, xüsusən ona görə ki, o, gənc oyunçularla müqavilə imzalayır", - Şerman-Lou deyib.

"Çelsi" İngiltərə Premyer Liqasının ötən mövsümünü yarış cədvəlində dördüncü yerdə başa vurub. Komanda 38 turda 66 xal yığıb. London klubu yeni mövsümün 1-ci turunda səfərdə "Brayton end Houv Albion"la oynayacaq. Matç sentyabrın 14-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi