​"Çelsi" futbol üzrə İngiltərə çempionu olub

​"Çelsi" futbol üzrə İngiltərə çempionu olub İngilis klubu sona üç tur qalmış çempionluğu özünə təmin edib
Futbol
3 May , 2015 20:33
​Çelsi futbol üzrə İngiltərə çempionu olub

Bakı. 3 may. REPORT.AZ/ "Çelsi" evdə "Kristal Pelas" üzərində qələbə qazanıb və finişə üç tur qalmış futbol üzrə İngiltərə çempionatının 2014/15-ci illər mövsümünün qalibi olub.

"Report" xəbər verir ki, London komandalarının 35-ci tur qarşılaşması 1:0 hesabı ilə yekunlaşıb.

Oyunda yeganə qolu Eden Azar (45-ci dəqiqə) vurub.

"Çelsi" bu qələbə sayəsində yaxın izləyiciləri olan "Mançester Siti" və "Arsenal" ilə arasındakı xal fərqini 16-ya çatdırıb.

Beləliklə, ingilis klubu beşinci dəfə ölkə çempionu olub ki, bunun da üçü Joze Mourinyonun rəhbərliyi altında qazanılıb.

Son xəbərlər

Orphus sistemi