"Çelsi” Erlinq Hollanın transferi ilə bağlı danışıqlara başladı

"Çelsi” Erlinq Hollanın transferi ilə bağlı danışıqlara başladı Londonun "Çelsi" futbol klubu “Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Hollandın transferində maraqlıdır.
Futbol
8 İyun , 2021 07:55
Çelsi” Erlinq Hollanın transferi ilə bağlı danışıqlara başladı
Erlinq Hollan

İngiltərənin "Çelsi" futbol klubu Almaniyanın “Borussiya” (Dortmund) komandasının hücumçusu Erlinq Hollanın transferində maraqlıdır.

“Report” xəbər verir ki, bu barədə "Daily Mail" bildirib.

Məlumata görə, "Çelsi" Almaniya klubu ilə norveçli hücumçunun keçidi haqqında danışıqlara başlayıb. Qeyd edilir ki, Hollanın keçid imkanı Tomas Tuxelin çalışdırdığı "Çelsi"ni cəlb edir, ancaq, onun transferi London klubuna 200 milyon avroya başa gələ bilər.

Erlinq "Borussiya"ya 2020-ci ilin yanvarında "Red Bull Zalsburq"dan keçib. Norveçlinin komanda ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir.

Hücumçu 2020/2021 mövsümündə "Borussiya"da 40 matç keçirərək, 40 qol vurub və 11 məhsuldar ötürmə verib. "Transfermarkt"” oyunçunun bazar qiymətini 110 milyon avro qiymətləndirir.

Daha əvvəl bildirilirdi ki, Erlinq Holan "Real Madrid" klubuna keçmək istəyir.

Son xəbərlər

Orphus sistemi