"Çelsi" Dortmund "Borussiya"sının futbolçusunu 64 milyon avroya transfer edib - RƏSMİ

"Çelsi" Dortmund "Borussiya"sının futbolçusunu 64 milyon avroya transfer edib - RƏSMİ Bakı. 2 yanvar. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubu Dortmund “Borussiya”sının futbolçusu Kristian Pulişiçi transfer edib.
Futbol
144
2 Yanvar , 2019 13:55
Çelsi Dortmund Borussiyasının futbolçusunu 64 milyon avroya transfer edib - RƏSMİ

Bakı. 2 yanvar. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubu Dortmund “Borussiya”sının futbolçusu Kristian Pulişiçi transfer edib.

“Report” Almaniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, londonlular ABŞ millisinin 20 yaşlı cinah yarımmüdafiəçisi üçün 64 milyon avro ödəyiblər. Lakin o, yeni klubuna yayda qoşulacaq.

Pulişiç 2019-cu ilin iyununa qədər icarə əsasında Dortmund komandasının formasını geyinəcək.

Qeyd edək ki, Pulişiç 2016-cı ilin yanvarından “Borussiya”da çıxış edir. 

Son xəbərlər

Orphus sistemi