"Borussiya" 1/8 finalda, "Mançester Yunayted" evdə PSJ-yə uduzdu

"Borussiya" 1/8 finalda, "Mançester Yunayted" evdə PSJ-yə uduzdu UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.
Futbol
3 Dekabr , 2020 01:52
Borussiya 1/8 finalda, Mançester Yunayted evdə PSJ-yə uduzdu

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma keçirilib.

E qrupunda İngiltərənin "Çelsi" klubu İspaniyada "Sevilya"nı darmadağın edib. G qrupunda İtaliya "Yuventus"u evdə Ukraynanın "Dinamo" (Kiev) klubuna, İspaniya "Barselona"sı isə Macarıstan təmsilçisi "Ferentsvaroş"a 3:0 hesabı ilə qalib gəlib.

F qrupunda Almaniyada İtaliya "Latsio"su ilə 1:1 hesablı heç-heçə edən Dortmund "Borussiya"sı sona 1 tur qalmış 1/8 finala vəsiqəni təmin edib.

H qrupunda isə İngiltərənin "Mançester Yunayted" klubu evdə Fransa PSJ-sinə uduzub - 1:3.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

E qrupu

21:55. "Krasnodar" (Rusiya) - "Renn" (Fransa) - 1:0

Qol: Markus Berq, 71

00:00. "Sevilya" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:4

Qollar: Olivye Jiru, 8, 54, 74, 82

Xal durumu: "Çelsi" - 13, "Sevilya" - 10, "Krasnodar" - 4, "Renn" - 1.

F qrupu

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Latsio" (İtaliya) - 1:1

Qollar: Rafael Gerreyro, 44 - Çiro İmmobile, 66 (penalti)

00:00. "Brügge" (Belçika) - "Zenit" (Rusiya) - 3:0

Qollar: Şarl de Ketelare, 33, Hans Vanaken, 58 (penalti), Noa Lanq, 74

Xal durumu: "Borussiya" (Dortmund) - 10, "Latsio" - 9, "Brügge" - 7, "Zenit" - 1.

G qrupu

00:00. "Yuventus" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0

Qollar: Federiko Kyeza, 21, Kriştianu Ronaldu, 57, Alvaro Morata, 65

00:00. "Fenertsvaroş" (Macarıstan) - "Barselona" (İspaniya) - 0:3

Qollar: Antuan Qrizmann, 14, Martin Breytueyt, 21, Usman Dembele, 27

Xal durumu: "Barselona" - 15, "Yuventus" - 12, "Dinamo" (Kiyev) - 1, "Ferentsvaroş" - 1.

H qrupu

21:55. "Başakşehir" (Türkiyə) - "Leyptsiq" (Almaniya) - 3:4

Qollar: İrfan Can Kahveci, 45+3, 72, 85 - Marsel Zabitser, 26, Nordi Mukiele, 43, Dani Olmo, 66, Aleksander Sörlot, 90+2

00:00. "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) - 1:3

Qollar: Markus Reşford, 32 - Neymar, 6, Markinyos, 69, Neymar, 90+1

Qırmızı vərəqə: Fred ("Mançester Yunayted")

Xal durumu: "Mançester Yunayted" - 9, PSJ - 9, "Leyptsiq" - 9, "Başakşehir" - 3.

Qeyd edək ki, ilk oyun günündən sonra İngiltərə "Liverpul"u və Portuqaliya "Portu"su qrupdan çıxmağı təmin edib. Daha əvvəl isə İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi", "Mançester Siti", İtaliyanın "Yuventus" və Almaniyanın "Bavariya" klubları 1/8 finala vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi