"Çelsi" Bakıda "Qarabağ"a qol vuran futbolçunu transfer edəcək

"Çelsi" Bakıda "Qarabağ"a qol vuran futbolçunu transfer edəcək Bakı. 24 yanvar. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubu İtaliya təmsilçisi “Roma”nın futbolçusu Edin Cekonu heyətinə qatacaq.
Futbol
24 yanvar 2018 09:04
Çelsi Bakıda Qarabağa qol vuran futbolçunu transfer edəcək

Bakı. 24 yanvar. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubu İtaliya təmsilçisi “Roma”nın futbolçusu Edin Cekonu heyətinə qatacaq.

“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, 32 yaşlı forvardın keçidinin yanvarın 25-də elan ediləcəyi gözlənilir.

London klubunun Bosniya və Herseqovina yığmasının üzvü ilə uzunmüddətli müqavilə bağlayacağı və ona ildə 8 milyon avro maaş verəcəyi bildirilir.

Qeyd edək ki, Edin Ceko 2016-cı ildə İngiltərənin “Mançester Siti” klubundan “Roma”ya keçib. O, italiyalıların Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Qarabağ”ı Bakıda 2:1 hesabı ilə məğlub etdiyi matçda ikinci qolu vurub. 

Hazırda Bosniya və Herseqovina millisinə Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçki rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi