"Çelsi" Bakıda "Arsenal"ı darmadağın edərək Avropa Liqasının qalibi olub - YENİLƏNİB-8

"Çelsi" Bakıda "Arsenal"ı darmadağın edərək Avropa Liqasının qalibi olub - YENİLƏNİB-8 Bakı Olimpiya Stadionunda İngiltərənin Çelsi və Arsenal komandaları arasında final oyunu keçirilib.
Futbol
30 May , 2019 00:52
Çelsi Bakıda Arsenalı darmadağın edərək Avropa Liqasının qalibi olub - YENİLƏNİB-8

Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında final oyunu keçirilib. 

"Report"un məlumatına görə, görüş "zadəganlar"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.


00:38

Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında keçirilən Avropa Liqasının final oyununda daha 2 qol vurulub. 

"Report"un məlumatına görə, 69-cu dəqiqədə "Arsenal"ın futbolçusu Aleks İvobi fərqi azaldıb. Lakin 72-ci dəqiqədə Eden Azar "dubl" edərək, yenidən fərqi 3-ə çatdırıb.


00:25

"Çelsi" Bakıda keçirilən UEFA Avropa Liqasının finalında böyük üstünlük əldə edib.

"Report" xəbər verir ki, oyunun 65-ci dəqiqəsində Eden Azar fərqlənib.

O, Oliviye Jiruya qarşı kobudluqdan sonra təyin edilən penaltini dəqiq yerinə yetirib - 3:0.


00:19

Bakıda keçirilən UEFA Avropa Liqasının finalında ikinci qol vurulub.

"Report" xəbər verir ki, oyunun 60-cı dəqiqəsində "Çelsi"nin sol cinahdan təşkil etdiyi hücum qolla nəticələnib.

Eden Azarın ötürməsini Pedro Rodriqes dəqiq zərbə ilə tamamlayıb.


00:11

Bakıda keçirilən UEFA Avropa Liqasının finalında hesab açılıb.

"Report" xəbər verir ki, matçın 49-cu dəqiqəsində "Çelsi"nin forvardı Oliviye Jiru başla fərqlənib.

O, bununla da Avropa Liqasının cari mövsümdə 11-ci qolunu vuraraq bombardirlik yarışında vahid lider olub.

Onun yalnız hesabında 8 qolu olan "Arsenal"ın forvardı Pyer-Emerik Obameyanqın keçmək üçün real imkanı imkanı var.


00:09

Bakıda keçirilən UEFA Avropa Liqasının finalında ikinci hissəsi başlayıb.

"Report" xəbər verir ki, ilk hissədə hesab açılmayıb.

İkinci 45 dəqiqədə də qalib bilinməsə, əlavə vaxt oynanılacaq. Orada da komandalardan heç biri qələbə hesabını təmin etməyi bacarmasa, qalib penalti seriyası ilə müəyyənləşəcək.


23:52

Bakıda keçirilən UEFA Avropa Liqasının birinci hissəsi başa çatıb.

"Report" xəbər verir ki, ilk hissədə hesab açılmayıb.


23:00

Bakıda UEFA finalı start götürüb.

"Report" xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları qarşılaşır.


21:51

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” komandaları start heyətlərini açıqlayıblar.

“Report” UEFA-nın rəsmi saytında yer alan “11-lik”ləri təqdim edir:

“Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10.Eden Azar

“Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi