"Çelsi" Avropa çempionu ilə müqaviləni uzadır

"Çelsi" Avropa çempionu ilə müqaviləni uzadır İngiltərənin "Çelsi" klubu futbolçusu Jorjinyo ilə müqavilənin müddətini uzatmağa yaxındır.
Futbol
178
20 İyul , 2021 16:44
Çelsi Avropa çempionu ilə müqaviləni uzadır
Jorjinyo

İngiltərənin "Çelsi" klubu futbolçusu Jorjinyo ilə müqavilənin müddətini uzatmağa yaxındır.

"Report" İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq danışıqlar prosesinə start verib.

30 yaşlı yarımmüdafiəçinin "zadəganlar"la hazırkı sözləşməsi 2023-cü ilin yayında başa çatır.

Qeyd edək ki, Jorjinyo 2018-ci ildən "Çelsi"nin formasını geyinir. O, Avropa çempionatında İtaliya millisi ilə çempion olub.

Son xəbərlər

Orphus sistemi