“Çelsi”nin ardıcıl 4-cü dəfə bəxti gətirmədi

“Çelsi”nin ardıcıl 4-cü dəfə bəxti gətirmədi UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsi yekunlaşıb.
Futbol
628
9 Avqust , 2020 02:28
“Çelsi”nin ardıcıl 4-cü dəfə bəxti gətirmədi

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsi yekunlaşıb.

“Report” xəbər verir ki, mərhələnin son oyun günündə Almaniyanın “Bavariya” klubu İngiltərənin “Çelsi” komandasını qəbul edib.

Görüş “Bavariya” klubunun 4:1 hesabı ilə qələbəsi ilə başa çatıb.

Robert Levandovskiy (2), İvan Perişiç və Korentin Tolissonun vurduğu qolların əvəzini “Çelsi”dən yalnız Tammi Abraham çıxa bilib.

Bununla da, “Çelsi” ardıcıl dördüncü dəfə Çempionlar Liqasının dörddəbir finalına çıxa bilməyib.

Belə ki, UEFA Çempionlar Liqasının 2014/2015-ci il mövsümündə London komandası “PSJ”yə məğlub olub - 1: 1, 2: 2.

2015/2016-cı il mövsümündə isə klub yenidən “PSJ” ilə qarşılaşıb. Bu dəfə də “Çelsi” meydandan məğlub ayrılıb - 1: 2, 1: 2.

2017/2018-cı il mövsümündə “Çelsi” “Barselona” ilə bacarmayıb - 1: 1, 0: 3.

“Çelsi” Çempionlar Liqasının dörddəbir finalına sonuncu dəfə 2013/2014-ci il mövsümündə Türkiyənin “Qalatasaray”  klubunu məğlub edərək yüksəlib -  1: 1, 2: 0.

Orphus sistemi