Azərbaycanın avrokuboklarda son təmsilçisi müəyyənləşib

Azərbaycanın avrokuboklarda son təmsilçisi müəyyənləşib Futbol üzrə Region Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.
Futbol
20 May , 2022 17:54
Azərbaycanın avrokuboklarda son təmsilçisi müəyyənləşib

Futbol üzrə Region Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, final oyununda "Xan Lənkəran"a 1:0 hesabı ilə qalib gələn "Cəbrayıl" klubu çempion olub. Şamaxı şəhər stadionundakı matçda yeganə qolu 79-cu dəqiqədə Tapdıq Əhmədov vurub. Görüşün əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Lənkəran təmsilçisinin futbolçusu Aqşin Paşazadə penaltidən yararlana bilməyib.

Cavid Hüseynovun baş məşqçi olduğu kollektiv 2022/2023 mövsümündə Azərbaycanı UEFA Region Kubokunda təmsil edəcək.

Qeyd edək ki, 3-cü yer uğrunda keçirilmiş matçda isə "Araz-Naxçıvan" "Qusar"ı 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi