Cəbəllüttariq millisi səfərdə Ermənistanı məğlub edərək tarixində ilk rəsmi qələbəsini qazanıb

Cəbəllüttariq millisi səfərdə Ermənistanı məğlub edərək tarixində ilk rəsmi qələbəsini qazanıb Bakı. 13 oktyabr. REPORT.AZ/ Futbol üzrə Ermənistan millisi UEFA Millətlər Liqası çərçivəsində ikinci dəfə məğlub olub.
Futbol
294
13 Oktyabr , 2018 22:48
Cəbəllüttariq millisi səfərdə Ermənistanı məğlub edərək tarixində ilk rəsmi qələbəsini qazanıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Futbol üzrə Ermənistan millisi UEFA Millətlər Liqası çərçivəsində ikinci dəfə məğlub olub.

“Report” xəbər verir ki, Ermənistan yığması qrup mərhələsinin 3-cü turunda İrəvanın "Respublika" stadionunda FİFA reytinqində 198-ci pillədə qərarlaşmış Cəbəllüttariq millisinə sensasiyalı şəkildə uduzub.

Oyunun 50-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi Cəbəllütariqin "Linkoln Red İmps" klubunda çıxış edən müdafiəçi Jozef Çipolina olub.

Cəbəllüttariq millisi 4-cü qrupun potensial autsayderi hesab edilirdi.

Ermənistan millisi Millətlər Liqasının ilk matçında Lixteynşteyni 2:1 hesabı ilə məğlub edib, ardınca isə Makedoniyaya 0:2 uduzub.

Son xəbərlər

Orphus sistemi