Cavid Hüseynovun qolu "ilin ən yaxşı qolu" seçilib

Cavid Hüseynovun qolu "ilin ən yaxşı qolu" seçilib Klub rəsmi "Facebook" səhifəsində azarkeşlər arasında sorğu keçirib
Futbol
8 Yanvar , 2016 20:40
Cavid Hüseynovun qolu ilin ən yaxşı qolu seçilib

Bakı. 8 yanvar. REPORT.AZ/ "Qəbələ" TV komandanın 2015-ci ildə vurduğu ən yaxşı qolu seçmək üçün sorğu keçirib. "Report"un məlumatına görə, klubun rəsmi "Facebook" səhifəsində keçirilən sorğuda seçim üçün azarkeşlərə 5 qol təqdim olunub.

Mübarizə Cavid Hüseynovun Tbilisidə, Asif Məmmədovun isə Qəbələdə "Dinamo"ya, Sergey Zenyovun "Çukariçki"yə, Aleksey Antonovun "İnter"ə (Bakı), Luis Hilario Dodonun "Panatinaikos"a vurduğu qollar arasında gedib.

10 gündən artıq davam edən sorğuda böyük üstünlüklə Cavid Hüseynov qalib olub. Futbolçunun Gürcüstan təmsilçisinin qapısından keçirdiyi bu qol ilin qolu adını alıb.

Sorğunun yekun nəticəsini faizlərlə təqdim edirik:

Cavid Hüseynov - 89

Asif Məmmədov - 4

Sergey Zenyov - 3

Luis Hilario Dodo - 3

Aleksey Antonov - 1

Son xəbərlər

Orphus sistemi