Cavid Hüseynov: "Şimali İrlandiyanın üstün tərəflərini analiz etmişik"

Cavid Hüseynov: "Şimali İrlandiyanın üstün tərəflərini analiz etmişik" "Uğurlu nəticə qazanmağa çalışacağıq"
Futbol
9 İyun , 2017 20:48
Cavid Hüseynov: Şimali İrlandiyanın üstün tərəflərini analiz etmişik

Bakı. 9 iyun. REPORT.AZ/ "Şimali İrlandiyanın üstün cəhətləri var, onları təhlil etmişik”. 

"Report"un məlumatına görə, bunu 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov deyib.

"Qəbələ" komandasının yarımmüdafiəçisi bildirib ki, uğurlu nəticə qazanmağa çalışacaqlar: "Həmçinin gözəl futbol nümayiş etdirmək üçün meydana çıxacağıq".

Qeyd edək ki, iyunun 10-da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi