Cavid Hüseynov: "Sabah"la cavab oyununa hazırlaşacağıq"

Cavid Hüseynov: "Sabah"la cavab oyununa hazırlaşacağıq" Bakı. 16 dekabr. REPORT.AZ/ Kubok iki oyundan ibarətdir. Bu gün meydanda açıq futbol gedirdi. Rəqib bir az ehtiyatlı oynayırdı.
Futbol
16 Dekabr , 2018 19:38
Cavid Hüseynov: Sabahla cavab oyununa hazırlaşacağıq

Bakı. 16 dekabr. REPORT.AZ/ "Kubok iki oyundan ibarətdir. Bu gün meydanda açıq futbol gedirdi. Rəqib bir az ehtiyatlı oynayırdı".

"Report" xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi rəqibin əks hücumlara tez çıxmaq üçün irəli atıldığını vurğulayıb: "Bunun qarşısını mümkün qədər aldıq. Qapımızı toxunulmaz saxladıq. 1:0 hesablı qələbə heç nədən xəbər vermir. Şanslar bərabərdir. Komandaların hər ikisi növbəti mərhələyə vəsiqə qazana bilər. Ona görə də cavab oyununa hazırlaşacağıq. Hər şeyə yenidən başlayacağıq. Bizim çempionatda "Qarabağ"dan başqa hamı bir-birinə layiq komandadır".

Təcrübəli oyunçu bildirib ki, hesab daha böyük ola bilərdi: "Rəqibin də şansları oldu. Epizodlardan istifadə edə bilərdik. Qol şanslarından yararlanmırıq. Sanki qapının ağzına çatanda nələrsə baş verir. Bu rəqibdən asılı deyil".

C.Hüseynov rəqibin qapıçısını da tərifləyib: "Saşa Stamenkoviçi tanıyırıq. "Neftçi"də onunla birlikdə oynamışıq. Təcrübəli qapıçıdır. Təcrübəsindən istifadə edirdi". 

Qeyd edək ki, "Qəbələ” ölkə kubokunda "Sabah”ı məğlub edib.

Son xəbərlər

Orphus sistemi