Cavid Hüseynov ikinci dəfə "Qəbələ"dən getdi

Cavid Hüseynov ikinci dəfə "Qəbələ"dən getdi "Qəbələ" klubu futbolçusu Cavid Hüseynovla yollarını ayırıb
Futbol
157
3 İyun , 2021 14:46
Cavid Hüseynov ikinci dəfə Qəbələdən getdi
Cavid Hüseynov
0 : 00
0 : 00

"Qəbələ" klubu futbolçusu Cavid Hüseynovla yollarını ayırıb.

Bu barədə "Report"a 33 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

O, əyalət təmsilçisi ilə vidalaşdığını və hazırda azad agent olduğunu bildirib. Hüseynov hələ hansısa klubla danışıqlara başlamadığını sözlərinə əlavə edib.

Qeyd edək ki, Cavid Hüseynov 2014 - 2019-cu illərdə də "Qəbələ"nin formasını geyinib. Yarımmüdafiəçi 2019/2020 mövsümünün əvvəlində "Zirə"yə keçsə də, ötən ilin iyulunda yenidən bölgə klubu ilə müqavilə imzalamışdı.

Son xəbərlər

Orphus sistemi