Cavid Hüseynov "Qəbələ"də bu mövsüm ilk oyununa çıxıb

Cavid Hüseynov "Qəbələ"də bu mövsüm ilk oyununa çıxıb O, Asif Məmmədovu əvəzləyib
Futbol
25 oktyabr 2016 13:45
Cavid Hüseynov Qəbələdə bu mövsüm ilk oyununa çıxıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Qəbələ" klubunun bir neçə gün öncə müqavilə bağladığı Cavid Hüseynov bu mövsüm Azərbaycan Premyer Liqasında ilk oyununa çıxıb. 

"Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi komandasının "Sumqayıt"la səfər matçının 83-cü dəqiqəsində meydana daxil olub.

O, Asif Məmmədovu əvəzləyib.

C.Hüseynov sonuncu dəfə 2015-ci il avqustun 6-da Kipr "Apollon"u ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə meydana çıxıb.

Qeyd edək ki, C.Hüseynov ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilmişdi. O, mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən C.Hüseynov oktyabrın 12-də məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi