Cavid Hüseynov: "Dedilər ki, "Qəbələ"nin qapısı sənin üzünə açıqdır"

Cavid Hüseynov: "Dedilər ki, "Qəbələ"nin qapısı sənin üzünə açıqdır" "Hazırda Qəbələyə gedirəm və bu səbəbdən çox danışa bilməyəcəyəm. "Qəbələ" klubu "Zirə"dən ayrılandan sonra mənimlə əlaqə saxladı. Dedilər ki, sənin yolunu gözləyirik və klubun qapısı sənin üzünə açıqdır".
Futbol
512
24 İyul , 2020 14:59
Cavid Hüseynov: Dedilər ki, Qəbələnin qapısı sənin üzünə açıqdır

"Hazırda Qəbələyə gedirəm və bu səbəbdən, çox danışa bilməyəcəyəm. "Qəbələ" klubu "Zirə"dən ayrılandan sonra mənimlə əlaqə saxladı. Dedilər ki, sənin yolunu gözləyirik və klubun qapısı sənin üzünə açıqdır". 

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"yə keçən Cavid Hüseynov deyib. 31 yaşlı yarımmüdafiəçi sabiq klubu ilə münasibətlərinin hər zaman çox yaxşı olduğunu bildirib.

Hüseynov bir illik müqavilə bağladıqlarını xatırladıb: "Maddi baxımdan hələ ki, heç nə bəlli deyil. Bu məsələ açıq qalıb". 

Qeyd edək ki, Cavid Hüseynov 2014 - 2019-cu illərdə "Qəbələ"nin formasını geyinib. Yarımmüdafiəçi 2019/2020 mövsümünün əvvəlində "Zirə"yə keçmişdi.

Son xəbərlər

Orphus sistemi