Cari avrokubok mövsümündə III təsnifat mərhələsinin növbəti oyunları keçirilib

Cari avrokubok mövsümündə III təsnifat mərhələsinin növbəti oyunları keçirilib 2019/2020-ci illər avrokubok mövsümündə III təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Futbol
8 Avqust , 2019 01:34
Cari avrokubok mövsümündə III təsnifat mərhələsinin növbəti oyunları keçirilib

2019/2020-ci illər avrokubok mövsümündə III təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, Çempionlar Liqasında (ÇL) 5, Avropa Liqasında isə 1 görüş baş tutub.

Türkiyə təmsilçisi "Başakşehir" də ÇL-in təsnifat mərhələsində ilk oyununa çıxıb. İstanbul təmsilçisi Yunanıstanın "Olimpiakos" kollektivini qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb.

Ötən mövsüm Rusiya Premyer Liqasını 3-cü pillədə başa vuran "Krasnodar" da ilk matçını evdə keçirib. Komanda Portuqaliya "Portu"su ilə görüşdə məğlubiyyətlə üzləşib.

Avropa Liqasındakı yeganə oyunda isə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzan (1:1, 3:0) İrlandiya "Dandolk"u Slovakiyada "Slovan"ın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Ümumiyyətlə, oyunların heç birində meydan sahibləri qələbə əldə edə bilməyib.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

21:00. "Krasnodar" (Rusiya) - "Portu" (Portuqaliya) - 0:1

21:45. "Başakşehir" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) - 0:1

22:00. "Bazel" (İsveçrə) - LASK (Avstriya) - 1:2

22:00. ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya) - 1:1

22:15. "Maribor" (Sloveniya) - "Rusenborq" (Norveç) - 1:3

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

22:15. "Slovan" (Bratislava, Slovakiya) - "Dandolk" (İrlandiya) - 1:0.

Son xəbərlər

Orphus sistemi