Canni De Byazinin müqaviləsi daha 2 il uzadıla bilər

Canni De Byazinin müqaviləsi daha 2 il uzadıla bilər Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə imzalanmış müqaviləyə yeni bənd əlavə olunub.
Futbol
2 Dekabr , 2021 17:31
Canni De Byazinin müqaviləsi daha 2 il uzadıla bilər
Canni De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə imzalanmış müqaviləyə yeni bənd əlavə olunub.

"Report" xəbər verir ki, belə bir iddia ilə italiyalı jurnalist Canluka Di Martsio çıxış edib.

Onun sözlərinə görə, yığma UEFA Millətlər Liqasında uğurlu çıxış edəcəyi təqdirdə, 65 yaşlı mütəxəssisin sözləşməsi daha 2 il uzadıla bilər.

Qeyd edək ki, AFFA bu gün Canni De Byazi ilə müqaviləni yeniləyib. İtaliyalı baş məşqçiyə 2022-ci ilin oktyabrınadək vaxt verilib.

Son xəbərlər

Orphus sistemi