Canni De Byazi: "Ümid edirəm ki, "Qarabağ" "İmarət"də oynayacaq"

Canni De Byazi: "Ümid edirəm ki, "Qarabağ" "İmarət"də oynayacaq" "Qarabağ"ın Ağdamdakı stadionunu ziyarət etdim. Mən hazırda "İmarət" stadionundayam"
Futbol
20 May , 2021 16:16
Canni De Byazi: Ümid edirəm ki, Qarabağ İmarətdə oynayacaq
Canni De Byazi

"Qarabağ"ın Ağdamdakı stadionunu ziyarət etdim. Mən hazırda "İmarət" stadionundayam".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi şəxsi instaqram hesabında yazıb.

65 yaşlı mütəxəssis Ağdamda yalnız məlum səbəblərə görə xarabalıqlar görə bildiyini vurğulayıb: "Ancaq ümid edirəm ki, "Qarabağ" burada yenidən qurulan və yenilənmiş stadionda oynaya biləcək".

İtaliyalı baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" klubunun sabiq baş məşqçisi və futbolçusu Allahverdi Bağırovun da məzarını ziyarət edib.

Son xəbərlər

Orphus sistemi