Canni De Byazi: "Ukraynada oynayan futbolçuları bəyəndim"

Canni De Byazi: "Ukraynada oynayan futbolçuları bəyəndim" 65 yaşlı baş məşqçi həmin oyunçuların yığmanın qarşıdakı toplanışına çağırılıb-çağırılmayacağı ilə bağlı suala isə bu cür cavab verib
Futbol
256
8 Fevral , 2021 17:50
Canni De Byazi: Ukraynada oynayan futbolçuları bəyəndim
Canni De Byazi

"Antalyaya Azərbaycan əsilli bir neçə futbolçunu izləmək üçün getmişdik. Təəssüratlarım çox yaxşıdı. Bunun səbəbi həmin futbolçuların həm hazırlıq durumu, həm də çıxış etdikləri çempionatın səviyyəsidir. Hər iki amil müsbət düşünməyə əsas verir".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Türkiyənin Antalya şəhərinə səfərinin detalları barədə danışarkən deyib.

Qardaş ölkədə bir neçə futbolçunu izləyən italiyalı mütəxəssis daha çox Ukraynanın "Minay" klubunda çıxış edən Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxışını bəyəndiyini bildirib: "Nuriyev oyunu yüksək oxuma və meydanı görmə qabiliyyətinə görə seçilir. Əhmədzadə isə gənc olmasına baxmayaraq, çox yaxşı fiziki göstəricilərə malikdir. Əlinə düşən fürsətlərdən maksimum yararlanmağı bacarır".

65 yaşlı baş məşqçi həmin oyunçuların yığmanın qarşıdakı toplanışına çağırılıb-çağırılmayacağı ilə bağlı suala isə bu cür cavab verib: "Toplanışla bağlı tarix hələ rəsmiləşməyib. Amma bu dəfə daha tez yığışmağı düşünürük. Nuriyev və Əhmədzadənin hazırlıq prosesinə cəlb olunma məsələsinə gəlincə, bu, hüquqi prosedurların həyata keçirilməsindən asılı olacaq".

Qeyd edək ki, Canni De Byazi Antalyada Rusiyanın "Ximki" klubunun hücumçusu Kamran Əliyevin də oyununu izləyib.

Son xəbərlər

Orphus sistemi