Azərbaycan millisinin baş məşqçisi "Qarabağ"ın oyununu izləyəcək

Azərbaycan millisinin baş məşqçisi "Qarabağ"ın oyununu izləyəcək Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Gianni De Byazi bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçiriləcək yoxlama oyununu izləyəcək.
Futbol
11 Avqust , 2020 18:42
Azərbaycan millisinin baş məşqçisi Qarabağın oyununu izləyəcək

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Gianni De Byazi bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçiriləcək yoxlama oyununu izləyəcək.

"Report"un məlumatına görə, italiyalı mütəxəssis "Azersun Arena"da oynanılacaq matça tribunadan canlı tamaşa edəcək.

64 yaşlı baş məşqçi daha əvvəl "Bank Respublika Arena"da "Sabah" - "Qəbələ" oyununa (2:0) baxıb.

Qeyd edək ki, "Qarabağ" - "Sabah" görüşü saat 20:00-da start götürəcək. Bu komandalar arasında Qəbələdə baş tutan sınaq matçında Ağdam təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.

Son xəbərlər

Orphus sistemi