Canni De Byazi "Qarabağ"ın 10 futbolçusunu millimizə dəvət etdi

Canni De Byazi "Qarabağ"ın 10 futbolçusunu millimizə dəvət etdi Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi qarşıdakı oyunlar üçün "Qarabağ"ın 10 futbolçusuna dəvət göndərib
Futbol
13 Mart , 2021 22:26
Canni De Byazi Qarabağın 10 futbolçusunu millimizə dəvət etdi
Canni De Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi qarşıdakı oyunlar üçün "Qarabağ"ın 10 futbolçusuna dəvət göndərib.

"Report"un əldə etdiyi məlumata görə, bunlar Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov, Mahir Emreli, Abbas Hüseynov, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev və Toral Bayramovdur. Cəfərquliyev və Bayramov əsas yığmaya ilk dəfə çağırılıblar.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi