Canni De Byazi: "Milan"ın çempionluğu Piolinin şəxsi qisası idi"

Canni De Byazi: "Milan"ın çempionluğu Piolinin şəxsi qisası idi" "Milan" Skudettonu qazanmağa layiq idi".
Futbol
23 May , 2022 21:50
Canni De Byazi: Milanın çempionluğu Piolinin şəxsi qisası idi
Canni De Byazi

"Milan" Skudettonu qazanmağa layiq idi".

"Report"un məlumatına görə, bunu Azərbaycan millinin baş məşqçisi Canni De Byazi "Milan"ın İtaliya A Seriyasında 2021/2022 mövsümünün qalibi olması barədə danışarkən deyib.

66 yaşlı italiyalı mütəxəssis bildirib ki, bu çempionluq "rossonerilər"in baş məşqçisi Stefano Piolinin şəxsi intiqamı idi: "O, situasiyaları necə idarə etməyi bilir. Unutmayaq ki, iki il əvvəl qovulmaq üzrə idi. Yerinə isə Ralf Ranqnik gətirilirdi. Pioli çətin dönəmdən yüksək səviyyəyə çatdı. "Milan" bu mövsüm bəzi matçlarda möhtəşəm oynadı. Məsələn, "Sassuola"ya qarşı son tur oyunun mən böyük intensivlik gördüm. Qalib gəlmək heç vaxt asan olmur".

UEFA Konfrans Liqasının final matçının Albaniyanın paytaxtı Tiranadakı Milli Arenaya salınmasına da toxunan De Byazi yeganə problem kimi stadionun tamaşaçı tutumunun az olmasını göstərib: "Arena cəmi 22 000 azarkeş tutur. Digər amillərə gəlincə, Milli Arena əsl incidir. Onu florensiyalı memar hazırlayıb. Bu stadion İtaliya üçün də yaxşı vizit kartıdır".

Konfrans Liqasının həlledici oyununda İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" klubları üz-üzə gələcəklər. Təcrübəli mütəxəssis həmyerlilərinin işinin asan olmayacağını vurğulayıb: "Feyenoord" təhlükəli rəqibdir. İlk növbədə futbolçular özlərinə güvənməlidir".

Son xəbərlər

Orphus sistemi