Canni De Byazi: "Türkiyənin uğuru bizi də qürurlandıracaq"

Canni De Byazi: "Türkiyənin uğuru bizi də qürurlandıracaq" "Olduqca önəmli uğur əldə etdilər və olduqca önəmli yarışda mübarizə aparacaqlar"
Futbol
26 May , 2021 13:09
Canni De Byazi: Türkiyənin uğuru bizi də qürurlandıracaq
Canni De Byazi

"Türkiyə milli komandasını təbrik etmək istəyirəm. Olduqca önəmli uğur əldə etdilər və olduqca önəmli yarışda mübarizə aparacaqlar. Uğurlar arzulayıram. Qazanacaqları uğur bizi də qürurlandıracaq".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi deyib. 65 yaşlı mütəxəssis bildirib ki, AVRO-2020-də Türkiyə millisinin İtaliya ilə keçirəcəyi açılış oyunu çox ağır və gərgin keçəcək: "Açılış oyunu olduğundan, hər iki komandaya çətin olacaq. İtaliya yığmasının yaxşı komanda olduğunu düşünürəm. Eyni zamanda son duruma baxdıqda, Türkiyə millisinin çox yaxşı legionerləri var. Olduqca keyfiyyətli komandadır. Yaxşı oyun olacağını düşünürəm".

Qeyd edək ki, İtaliya - Türkiyə matçı iyunun 11-də Romadakı "Olimpiko" stadionunda olacaq.

Son xəbərlər

Orphus sistemi