Canni De Byazi: "Güclü komanda ilə qarşılaşacağıq"

Canni De Byazi: "Güclü komanda ilə qarşılaşacağıq" "Əvvəlcə bu iki qardaş ölkənin oyunu üçün burada olduğum üçün sevinirəm. Türkiyə uğurlu çıxış edərək, Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı"
Futbol
123
26 May , 2021 13:26
Canni De Byazi: Güclü komanda ilə qarşılaşacağıq
Canni De Byazi

"Əvvəlcə bu iki qardaş ölkənin oyunu üçün burada olduğum üçün sevinirəm. Türkiyə uğurlu çıxış edərək, Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı".

"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Türkiyə ilə yoldaşlıq oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis güclü komanda ilə qarşılşacaqlarını bildirib: "Rəqibə çətinlik yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Bu amil qarşı tərəfin də xeyrinə olacaq".

Azərbaycan millisindəki 10 aylıq işini dəyərləndirən 65 yaşlı baş məşqçi pandemiya ilə bağlı bəzi çətinliklərinin olduğunu vurğulayıb: "Əsas olan beynəlxalq arenada təcrübə qazanmaqdır. Düşünürəm ki, komandamız həm böyüyür, həm də inkişaf edir. Gələcəkdə hər şey daha yaxşı olacaq".

De Byazi Türkiyə və İtaliya yığmaları arasında AVRO-2020-nin açılış matçına da toxunub: "İtaliya millisi Roberto Mançinin gəlişindən sonra Şenol Günəş kimi gənclərə daha çox şans verir. Fikrimcə, maraqlı oyun olacaq. Güneşlə futbol mövzusunda istənilən söhbətə hazıram. Təcrübəli mütəxəssisdir, əlində yaxşı oyunçuları var. Bu futbolçularla lazımi analizləri edib".

Təcrübəli mütəxəssis qarşıdakı 3 yoldaşlıq oyunu ilə bağlı hədəflərini açıqlayıb: "Hər matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bizim üçün önəmli qarşılaşmalardır. Hər bir futbolçunun hazırkı durumunu görməliyik. Onları seçmə mərhələ oyunlarına hazırlamaq lazımdır".

Qeyd edək ki, mayın 27-də Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi