Canni De Byazi braziliyalı müdafiəçini milliləşdirmək istəyir

Canni De Byazi braziliyalı müdafiəçini milliləşdirmək istəyir "Yeni il üçün ilk həfəfimiz UEFA Millətlər Liqası olacaq".
Futbol
29 Dekabr , 2021 09:30
Canni De Byazi braziliyalı müdafiəçini milliləşdirmək istəyir

"Yeni il üçün ilk həfəfimiz UEFA Millətlər Liqası olacaq".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Corriere Torino" nəşrinə müsahibəsində deyib.

65 yaşlı mütəxəssis C Liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi ilə üz-üzə gələcəklərini xatırladıb: "Məqsəd qrupu ilk iki pillədə başa vurmaqdır. Biz bunu bacara bilərik".

Müxtəlif vaxtlarda ölkəsində "Torino" komandasının sükanı arxasında olmuş italiyalı baş məşqçi "Bu klubun futbolçusuna Azərbaycan pasportu verə bilsəydiniz, kimi seçərdiniz" sualını da cavablandırıb: "Sayları çox olardı. Amma mən Qleyson Bremer deyirəm. O, sözsüz ki, məhsuldarlığı baxımından A Seriyasının ən yaxşı müdafiəçilərindən biridir. Əla zərbələri var, liderdir və qol vurmağı bacarır. Mükəmməl oyunçudur".

Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb. Braziliyalı Qleyson Bremer 2018-ci ildən "Torino"da çıxış edir. 24 yaşlı oyunçu ölkəsinin əsas və aşağı yaş qruplarından ibarət yığmalarına dəvət almayıb.

Son xəbərlər

Orphus sistemi