Canni De Byazi "Beşiktaş"ın futbolçusunu Azərbaycanın əsas millisinə cəlb etmək istəyir

Canni De Byazi "Beşiktaş"ın futbolçusunu Azərbaycanın əsas millisinə cəlb etmək istəyir Türkiyənin "Beşiktaş" klubunda çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Berkay Vardar əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkib
Futbol
30 Sentyabr , 2021 14:14
Canni De Byazi Beşiktaşın futbolçusunu Azərbaycanın əsas millisinə cəlb etmək istəyir
Berkay Vardar

Türkiyənin "Beşiktaş" klubunda çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Berkay Vardar əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkib.

"Report"un "Fotospor"a istinadən məlumatına görə, 65 yaşlı italiyalı mütəxəssis 18 yaşlı yarımmüdafiəçini əsas komandaya hazırlamaq niyyətindədir.

Qeyd edək ki, Berkay Vardar İstanbul təmsilçisinin heyətində Niderlandda "Ayaks"a 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda debüt edib. O, 73-cü dəqiqədə Umut Meraşın əvəzinə meydana daxil olub.

Son xəbərlər

Orphus sistemi