Canni De Byazi: "Azərbaycan millisi artıq daha sürətli və qərarlı oynayır"

Canni De Byazi: "Azərbaycan millisi artıq daha sürətli və qərarlı oynayır" "Nəhayət, milli komandanın üzvləri ölkə xaricinə çıxmağa başlayırlar. Onlardan ikisi - Mahir Emreli və Anton Krivotsyuk Polşa çempionatında çıxış edir".
Futbol
1430
8 Avqust , 2021 10:42
Canni De Byazi: Azərbaycan millisi artıq daha sürətli və qərarlı oynayır
Canni De Byazi

"Nəhayət, milli komandanın üzvləri ölkə xaricinə çıxmağa başlayırlar. Onlardan ikisi - Mahir Emreli və Anton Krivotsyuk Polşa çempionatında çıxış edir".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi TMW radiosuna müsahibəsində yığma üzvlərinin legioner həyatı yaşaması barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, gələn həftə Polşada "Legiya" formasını geyinən Emreli ilə Plotsk "Visla"sında çıxış edən Krivotsyukun oyunlarını izləyəcək: "Bu, həm onlar, həm də mənim üçün yaxşı təcrübə olacaq".

Millidəki işini dəyərləndirən De Byazi komandanın daha sürətli və qərarlı oynadığını söyləyib: "Sadəcə, qol vurmaq bizim üçün bir az çətindir. Bu da sırf keyfiyyətlə bağlı olan məsələdir. Oyunçuların beynəlxalq təcrübəsinin olması çox vacibdir. Bu mənada, "Atalanta" bizim üçün yaxşı variant ola bilərdi. Lakin fərziyyələr üzərində işləmək hər zaman çətindir. Təzyiqin az olması daha çox kömək edir".

65 yaşlı baş məşqçi Azərbaycan klublarının avrokuboklardakı çıxışına da toxunub: "Qarabağ" Avropada ən uğurlu çıxış edən komandalardan biridir. Özünüzü beynəlxalq kontekstdə qiymətləndirmək çox vacibdir".

Təcrübəli mütəxəssis azarkeşlərin stadiona qayıdışı ilə oyun planında inkişafın olacağına inandığını vurğulayıb: "Pafos tamamilə fərqlidir, hər kəs üçün keyfiyyət və emosiyalarda mütləq inkişaf olacaq".

Argentinalı futbolçu Lionel Messinin "Barselona"dan ayrılmasına da münasibət bildirən De Byazi ulduz futbolçunun onun məsləhətinə ehtiyacı olmadığını deyib: "Messi həm ailəsi, həm də şəxsi maraqları üçün doğru saydığı seçimi edəcək. Çempionları, hər şeyi qazananları hərəkətə gətirən budur".

Son xəbərlər

Orphus sistemi