Buffon karyerasını bitirmək istədiyi tarixi açıqladı

Buffon karyerasını bitirmək istədiyi tarixi açıqladı Buffon növbəti 4 ay ərzində də futbolla vidalaşa biləcəyini istisna etməyib
Futbol
105
3 Mart , 2021 14:00
Buffon karyerasını bitirmək istədiyi tarixi açıqladı
Canluici Buffon

İtaliyanın "Yuventus" klubunun oyunçusu Canluici Buffonun karyerasını bitirmək istədiyi vaxt bəlli olub.

"Report" xəbər verir ki, 43 yaşlı qapıçı "The Guardian"a açıqlamasında 2023-cü ilin iyununadək oynamaq fikrində olduğunu bildirib.

Həmçinin təcrübəli qolkiper cari mövsümün sonunda da futbolla vidalaşa biləcəyini istisna etməyib.

Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə İtaliya "Parma"sının heyətində gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.

Son xəbərlər

Orphus sistemi