Canluici Buffon daha bir il "Yuventus"da çıxış edəcək

Canluici Buffon daha bir il "Yuventus"da çıxış edəcək İtaliyanın Yuventus klubu qapıçısı Canluici Buffon ilə müqavilənin müddətini uzadacaq.
Futbol
2 İyun , 2020 09:10
Canluici Buffon daha bir il Yuventusda çıxış edəcək

İtaliyanın "Yuventus" klubu qapıçısı Canluici Buffon ilə müqavilənin müddətini uzadacaq. 

"Report" "La Stampa" nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləmək barədə razılığa gəlib. 

Təcrübəli oyunçu daha bir il "Yuventus"da çıxış edəcək. 

Qeyd edək ki, Canluici Buffon 2001 - 2018-ci illərdə "Yuventus"da çıxış edib. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirdikdən sonra ötən ilin yayında Turin klubuna qayıdıb. Daha əvvəl "Yuventus"un idman direktoru Fabio Paratiçi Buffonla yanaşı Corco Kyellinini Paulo Dibala ilə də danışıqlar apardıqlarını təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi