Cahangir Hacıyev: "Yeni baş məşqçinin kim olacağını heç özüm də bilmirəm"

Cahangir Hacıyev: "Yeni baş məşqçinin kim olacağını heç özüm də bilmirəm" Fəxri prezident yeni baş məşqçinin Marino Pusiçin olacağına dair ehtimalları təsdiqləməyib
Futbol
6 Mart , 2015 12:31
Cahangir Hacıyev: Yeni baş məşqçinin kim olacağını heç özüm də bilmirəm

Bakı. 6 mart. REPORT.AZ/ "Kaxaber Tsxadadze"nin Gürcüstan milli komandasına baş məşqçi təyinatı bizim üçün şərəfdir. Təbii ki, Tsxadadze görkəmli mütəxəssisdir. Amma etiraf edək ki, son 7 ildə o, Azərbaycan futbolunda işləyib, çalışıb və nəticədə qonşu ölkə yığmasına təyinat alıb". Bunu "Report"a açıqlamasında Bakının "İnter" klubunun fəxri prezidenti Cahangir Hacıyev deyib.

Hacıyev bildirib ki, Gürcüstan futbolunun səviyyəsi başqa ölkələrdən aşağı deyil, əksinə, yuxarıdır: "Artıq o, milliyə baş məşqçi təyin olunub. Sözsüz ki, bu, Tsxadadzenin özü üçün də şərəfdir".

Fəxri prezident yeni baş məşqçinin Marino Pusiçin olacağına dair ehtimalları təsdiqləməyib: "Bu, hələ məlum deyil. Müsabiqə elan olunacaq. Yeni baş məşqçinin adını klub rəhbərliyi müəyyənləşdirəcək. Pusiç, məşqçidir, baş məşqçi deyil. Onu dəvət etmişik ki, komandaya uyğunlaşsın, görülən işlərdə ardıcıllıq olsun. Komandada problem yaranmasın. Yeni baş məşqçinin kim olacağını özüm də bilmirəm".

Qeyd edək ki, Kaxaber Tsxadadze iyunda "İnter"dən ayrılaraq, yalnız Gürcüstan yığmasına rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi