“Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib

“Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib Bakı. 29 may. REPORT.AZ/ Türkiyənin “Bursaspor” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
29 May , 2018 16:42
“Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib

Bakı. 29 may. REPORT.AZ/ Türkiyənin “Bursaspor” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Pol Le Quenin istefaya göndərilməsindən sonra boşalan posta Samet Aybaba gətirilib. 63 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.Onun illik qazancı 5 milyon lirə təşkil edəcək.

Qeyd edək ki, “Bursaspor” son mövsümdə Super Liqada 13-cü yeri tutub. Komandanın heyətində Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Ozan Can Kökçü də yer alıb. O, yanvarda Hollandiya "Valveyk"inə icarəyə verilib. 

Son xəbərlər

Orphus sistemi