"Bursaspor"un prezidenti Ələskərovla müqaviləyə xitam veriləcəyini təsdiqləyib

"Bursaspor"un prezidenti Ələskərovla müqaviləyə xitam veriləcəyini təsdiqləyib Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla müqaviləyə xitam verəcək.
Futbol
16 May , 2022 15:52
Bursasporun prezidenti Ələskərovla müqaviləyə xitam veriləcəyini təsdiqləyib

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla müqaviləyə xitam verəcək.

"Report"un məlumatına görə, bu barədə klubun prezidenti Ömər Furkan Banaz mətbuat konfransında açıqlama verib.

Funksioner bildirib ki, komandadakı legionerlə ən sərfəli şəkildə vidalaşacaqlar: "Sözləşməsi davam edən 7 əcnəbi futbolumuz var. Burada əsas məqam klubun mənafeyidir. Onsuz da legionerlər II liqada oynaya bilməzlər. Hamısına xitamla bağlı sənəd veriləcək".

Qeyd edək ki, Namik Ələskərov cari mövsümün əvvəlində "Bursaspor"la 2+1 illik müqavilə imzalamışdı.

Son xəbərlər

Orphus sistemi