"Bursaspor"un baş məşqçisi Namik Ələskərova xəbərdarlıq edib

"Bursaspor"un baş məşqçisi Namik Ələskərova xəbərdarlıq edib Türkiyə "Bursaspor"unun baş məşqçisi Mustafa Er komandanın iki futbolçusu - Namik Ələskərovla Burak Altıparmaka xəbərdarlıq edib.
Futbol
16 Mart , 2022 00:22
Bursasporun baş məşqçisi Namik Ələskərova xəbərdarlıq edib

Türkiyə "Bursaspor"unun baş məşqçisi Mustafa Er komandanın iki futbolçusu - Namik Ələskərovla Burak Altıparmaka xəbərdarlıq edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis sarı vərəqə limitində olan hər iki yarımmüdafiəçidən "Balıkesirspor"a qarşı I Liqanın 29-cu tur matçında diqqətli oynamağı istəyib.

Hazırda passivlərində üç sarı vərəqə olan yarımmüdafiəçilər növbəti xəbərdarlıqdan sonra cəzalı duruma düşəcəklər.

Qeyd edək ki, "Bursaspor" hazırda 25 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi