"Bursaspor"un baş məşqçisi Azərbaycan millisinin futbolçusu ilə bağlı yeni qərar qəbul edib

"Bursaspor"un baş məşqçisi Azərbaycan millisinin futbolçusu ilə bağlı yeni qərar qəbul edib Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyənin Bursaspor klubunun baş məşqçisi Samet Aybaba 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçü barədə yeni qərar qəbul edib.
Futbol
27 İyul , 2018 13:15
Bursasporun baş məşqçisi Azərbaycan millisinin futbolçusu ilə bağlı yeni qərar qəbul edib

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Samet Aybaba 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçü barədə yeni qərar qəbul edib.

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, o, rəhbərlikdən 20 yaşlı yarımmüdafiəçinin yenidən icarəyə verilməsini istəyib.

Qeyd edək ki, Ozan Can Kökçü "Bursaspor"un yeni mövsüm üçün təşkil olunan təlim-məşq toplanışında iştirak edib. O, 2017-2018 mövsümünün ikinci yarısında icarə əsasında Hollandiyanın "RKC Waalwijk" klubunda çıxş edib.   

Son xəbərlər

Orphus sistemi