"Bursaspor" "Neftçi"yə Namik Ələskərovla əlaqədar rəsmi təklif göndərib

"Bursaspor" "Neftçi"yə Namik Ələskərovla əlaqədar rəsmi təklif göndərib Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovu transfer etməkdən ötrü "Neftçi"yə rəsmi təklif ünvanlayıb.
Futbol
11 Avqust , 2021 09:36
Bursaspor Neftçiyə Namik Ələskərovla əlaqədar rəsmi təklif göndərib

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovu transfer etməkdən ötrü "Neftçi"yə rəsmi təklif ünvanlayıb.

"Report"un "Olay Final" nəşrinə istinadən məlumatına görə, bu, 26 yaşlı hücumçunun müqaviləsindəki 50 min avro qarşılığında azad agent statusu ala biləcəyinə dair maddə əsasında gerçəkləşib. "Timsahlar" flaqman rəhbərliyinin qərarı əsasında yeni yol xəritəsi müəyyənləşdirəcəklər. Azərbaycan komandası avqustun 12-də Finlandiyada HİK-lə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünün nəticəsinə uyğun olaraq, "Bursaspor"a cavab verəcək.

Daha əvvəl "Bursaspor" Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budakı transfer edib.

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib - 2:2.

Son xəbərlər

Orphus sistemi