"Bursaspor" Namik Ələskərova təzminat ödəyəcək

"Bursaspor" Namik Ələskərova təzminat ödəyəcək Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərova təzminat ödəyəcək
Futbol
26 May , 2022 15:32
Bursaspor Namik Ələskərova təzminat ödəyəcək

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərova təzminat ödəyəcək.

"Report"un əldə etdiyi məlumata görə, səbəb 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsidir.

Müqaviləyə əsasən, bu halda "timsahlar" Ələskərova müəyyən məbləğdə ödəniş etməlidir. Lakin bunun hansı formada tənzimlənəcəyi tərəflər arasındakı danışıqlardan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la ötən ilin yayında 2+1 illik sözləşmə imzalayıb. Bursa təmsilçisi II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılacaq.

Son xəbərlər

Orphus sistemi