"Bursaspor" 2 futbolçu ilə vidalaşıb, Ələskərovla danışıqlar davam edir

"Bursaspor" 2 futbolçu ilə vidalaşıb, Ələskərovla danışıqlar davam edir Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u iki legioneri ilə vidalaşıb.
Futbol
19 May , 2022 01:16
Bursaspor 2 futbolçu ilə vidalaşıb, Ələskərovla danışıqlar davam edir

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u iki legioneri ilə vidalaşıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Luka Tsapan və almaniyalı hücumçu Rici Ofosu klubla müqavilələrini birtərəfli şəkildə ləğv ediblər. Türkiyə Futbol Federasiyasının rəsmi saytında da bununla bağlı məlumat yerləşdirilib.

Bursa təmsilçisinin rəhbərliyi Ələskərovla yanaşı, digər əcnəbi futbolçularla isə danışıqları davam etdirir. Tezlikla həmin oyunçuların da sözləşməsinə xitam veriləcək.

Qeyd edək ki, Namik Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var. Lakin klub II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, 27 yaşlı yarımmüdafiəçi ilə də yollar ayrılacaq.

Son xəbərlər

Orphus sistemi