Burak Yılmaz Türkiyə yığması ilə vidalaşıb

Burak Yılmaz Türkiyə yığması ilə vidalaşıb Fransanın "Lill" klubunun futbolçusu Burak Yılmaz Türkiyə milli komandası ilə vidalaşıb.
Futbol
25 Mart , 2022 02:50
Burak Yılmaz Türkiyə yığması ilə vidalaşıb

Fransanın "Lill" klubunun futbolçusu Burak Yılmaz Türkiyə milli komandası ilə vidalaşıb.

"Report"un məlumatına görə, bu barədə "ay-ulduzlular"ın kapitanı Portuqaliyaya 1:3 hesabı ilə uduzduqları dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyunundan sonra mətbuat konfransında açıqlama verib.

37 yaşlı hücumçu bu matçı yığma karyerasında son görüş kimi dəyərləndirib.

O, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün üzrxahlıq edib: "Hər gecə beynimdə bu penaltini vuraraq, yatacağam. Bu zərbəni dəqiq yerinə yetirsəydim, hesab bərabərləşəcəkdi. Uduzmağımız 3 və ya 4 müdafiəçi ilə oynamağımızda yox, penaltini vura bilməməyimdədir".

Son xəbərlər

Orphus sistemi