Rivaldo məhkəməyə verilib

Rivaldo məhkəməyə verilib Özbəkistanın "Bunyodkor" klubu Braziliya millisinin sabiq futbolçusu Rivaldodan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib
Futbol
665
8 Mart , 2022 14:44
Rivaldo məhkəməyə verilib

Özbəkistanın "Bunyodkor" klubu Braziliya millisinin sabiq futbolçusu Rivaldodan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

"Report"un CAS-ın rəsmi saytına istinadən məlumatına görə, buna veteran yarımmüdafiəçinin Daşkənd təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozması səbəb olub. Məsələyə bu il iyunun 8-də baxılacaq.

Qeyd edək ki, 2008-ci ildə "Bunyodkor"la 14 milyon avro dəyərində 2 illik müqavilə imzalayan dünya çempionu 2010-cu ilin mayında sözləşməyə birtərəfli şəkildə xitam verərək, klubu tərk edib.

Son xəbərlər

Orphus sistemi