Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı

Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün başlayacağı vaxt açıqlanıb.&
Futbol
456
10 İyul , 2020 16:41
Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı

Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb. 

"Report" Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytına istinadən xəbər verir ki, 2020/2021 mövsümündə ilk turun matçları 18 - 21 sentyabrda baş tutacaq. 

DFB yeni mövsümün 11 - 14 sentyabrda ölkə kubokunun oyunları ilə başlayacağını da açıqlayıb. Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" komandasının iştirak etdiyi II Bundesliqada da ilk tur 18 - 21 sentyabrda olacaq. 

Bundesliqada 2020-ci ilin son turu 18 - 21 dekabrda gerçəkləşəcək. Mövsümün gec başlaması ilə əlaqədar qış fasiləsi qısaldılacaq və matçlar yanvar ayının ilk həftəsonunda davam edəcək. 

Mövsüm mayın 22-də yekunlaşacaq. Bundesliqada qalmaq üçün keçirilən pley-off görüşləri 26 və 29 mayda olacaq. 

Qeyd edək ki, Bundesliqada 2019/2020 mövsümünün qalibi adını "Bavariya" qazanıb.

Son xəbərlər

Orphus sistemi