Əfqan futbolçu Bundesliqa matçında irqçiliyə məruz qaldı

Əfqan futbolçu Bundesliqa matçında irqçiliyə məruz qaldı Almaniya Bundesliqasının XVI turunda keçirilmiş "Union Berlin" - "Bayer" (Leverkuzen) matçında qalmaqal baş verib.
Futbol
590
16 Yanvar , 2021 15:36
Əfqan futbolçu Bundesliqa matçında irqçiliyə məruz qaldı

Almaniya Bundesliqasının XVI turunda keçirilmiş "Union Berlin" - "Bayer" (Leverkuzen) matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, "Union Berlin"in oyunçularından biri "Bayer"in futbolçusu Nadim Amiriyə qarşı irqçi ifadə işlədim.

Adı açıqlanmayan şəxs əfqan əsilli 25 yaşlı yarımmüdafiəçi təhqir edib. Qarşılaşmadan sonra komanda yoldaşları Amirinin ağladığını görüb.

Futbolçu məsələ ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Matçdan sonra həmin şəxs paltardəyişmə otağına gəldi. Meydanda söylədiyi sözlərə görə üzr istədi, məni səmimiyyətinə inandırdı və onu bağışladım".

Qeyd edək ki, Nadim Amiri Almaniyada əfqan ailəsində anadan olub. O, 2019-cu ildən Almaniya yığmasının formasını geyinir.

Son xəbərlər

Orphus sistemi