"Borussiya"nın futbolçuları koronavirusa görə maaşlarının azaldılmasına razılıq verdilər

"Borussiya"nın futbolçuları koronavirusa görə maaşlarının azaldılmasına razılıq verdilər Almaniyanın Borussiya (Mönhenqladbax) klubunun futbolçuları məvaciblərinin bir hissəsindən imtina ediblər.
Futbol
19 Mart , 2020 17:01
Borussiyanın futbolçuları koronavirusa görə maaşlarının azaldılmasına razılıq verdilər

Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun futbolçuları məvaciblərinin bir hissəsindən imtina ediblər.

"Report"un "Bild" nəşrinə istinadən məlumatına görə, bu barədə Bundesliqa təmsilçisinin idman direktoru Maks Eberl deyib.

Onun sözlərinə görə, futbolçular koronavirus pandemiyası səbəbindən kluba dəyən maddi zərəri azaltmaq məqsədilə bu addımı atıblar: "Bu oğlanlarla fəxr edirəm. Hamımız həm yaxşı, həm də pis vaxtlarda kluba dəstək oluruq. Oyunçular nələrisə "Borussiya"ya qaytarmaq istəyirlər".

Ehtimal olunur ki, futbolçuların bu qərarı kluba bir ay ərzində 1 milyon avro qənaət etmək imkanı verəcək.

Qeyd edək ki, "Borussiya" Almaniyada bu addımı atan hələlik ilk peşəkar klubdur.

Son xəbərlər

Orphus sistemi