Bundesliqa klubunun məşqçilər heyəti karantinə göndərildi

Bundesliqa klubunun məşqçilər heyəti karantinə göndərildi Almaniyanın "Herta" komandasının baş məşqçisi Pal Dardainin koronavirus testi müsbət çıxıb.
Futbol
15 Aprel , 2021 14:12
Bundesliqa klubunun məşqçilər heyəti karantinə göndərildi

Almaniyanın "Herta" komandasının baş məşqçisi Pal Dardainin koronavirus testi müsbət çıxıb.

"Report" Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə yanaşı, onun köməkçisi Admir Hamzagiç və hücumçu Dodi Lukebakioda da infeksiya aşkarlanıb.

Hər üç şəxs xəstəliyi simptomsuz keçirsə də, karantinə alınıb. Dardainin digər köməkçisi Andreas Noyendorf da komandadan təcrid edilib.

Baş məşqçi sağalanadək onun səlahiyyətlərini idman direktoru Arne Fridrix yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi