Almaniyanın "Volfsburq" klubunun futbolçusu Yannik Qerhardt karantindən sonra ilk məşqdə sıradan çıxıb.
"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi üzündən ağır zədə alıb.
Almaniyalı oyunçunun daha ətraflı müayinə üçün xəstəxanada olduğu bildirilib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya Bundesliqası mayın 16-da bərpa olunacaq.