Bundesliqa klubu futbolçusu ilə yeni müqavilə imzaladı

Bundesliqa klubu futbolçusu ilə yeni müqavilə imzaladı Almaniya "Bayer"i futbolçusu Kərim Bellarabi ilə müqavilənin müddətini uzadıb.
Futbol
13 Avqust , 2020 19:32
Bundesliqa klubu futbolçusu ilə yeni müqavilə imzaladı

Almaniya "Bayer"i futbolçusu Kərim Bellarabi ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mərakeş və Qana əsilli almaniyalı yarımmüdafiəçi daha 3 il Bundesliqa təmsilçisinin formasını geyinəcək.

30 yaşlı oyunçunun əvvəlki sözləşməsinin müddəti 2021-ci ilin yayınadək idi.

Qeyd edək ki, ötən mövsüm "Bayer"in heyətində 39 oyun keçirən K.Bellarabi 6 qol vurub və 12 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi