Buffon yaxın vaxtlarda PSJ ilə müqavilə bağlaya bilər

Buffon yaxın vaxtlarda PSJ ilə müqavilə bağlaya bilər Qapıçı ilə Paris klubu arasında danışıqlar irəliləyən mərhələdədir
Futbol
18 May , 2018 05:42

Bakı. 18 may. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerasını PSJ-də davam etdirə bilər.

“Report” xəbər verir ki, 40 yaşlı italiyalı ilə Paris klubu arasında danışıqlar irəliləyən mərhələdədir.

Buffon Turin komandasını cari mövsümün sonunda – "Verona" ilə keçiriləcək matçdan sonra tərk edəcək. Qolkiper digər komandalardan bir neçə maraqlı təklif alıb.

Canluici "Yuventus"a 2001-ci ildə "Parma"dan keçib. O, 17 il ərzində Turin komandasında 9 dəfə A Seriyasının qalibi və 4 dəfə milli Kubokun sahibi olub.

Son xəbərlər

Orphus sistemi